Ethereum.az
  • Home
  • Featured
  • Whitelist
  • Guides
  • Airdrop
  • Blockchain
  • NFTs
What's Hot

Trade edərkən tövsiyyə olunan zaman aralıqları

July 3, 2022

Price Action nədir ?

April 28, 2022

Smart money və market maker nədir ?

April 25, 2022
Facebook Twitter Instagram
Facebook Twitter Instagram Telegram
Ethereum.az
  • Home
  • Featured

    Legion network oturduğunuz yerdən pul qazanın ( investisiya lazım deyil )

    January 18, 2022

    Proyekt xəbərləri və mənaları ( Geniş izah )

    January 12, 2022

    Traderlara lazım olacaq ən faydalı veb saytlar

    January 1, 2022

    Bitmex 2022 Airdrop – Zero Deposit ( Fürsəti Qaçırmayın )

    December 22, 2021

    Heroes Chained – Private Round Whitelist

    December 17, 2021
  • Whitelist
  • Guides
  • Airdrop
  • Blockchain
  • NFTs
Ethereum.az
Home » Bakıda saxta kriptovalyuta – OCOS satan dəstə tutulub
Featured

Bakıda saxta kriptovalyuta – OCOS satan dəstə tutulub

adminBy adminNovember 20, 2021No Comments2 Mins Read
Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində sosial şəbəkələrin imkanlarından istifadə edərək dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edərək zərərçəkənlərin külli miqdarda pul vəsaitini ələ keçirən mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıb.

DİN-ə bir qrup şəxsin investisiya şirkəti adı altında şəbəkə biznesi yaradaraq çoxsaylı vətəndaşları aldatmaları və pullarını ələ keçirmələri barədə əməliyyat məlumatları daxil olub. Baş İdarə əməkdaşlarının Azərbaycan Mərkəzi Bankının mütəxəssislərinin iştirakı ilə apardıqları araşdırmalar zamanı müəyyən olunub ki, Bakı şəhər sakinləri – Gülara Abdullayeva, Xəyal Yaxyayev və digərləri ölkə daxilində “İnsuccess” adlı fəaliyyət istiqaməti qeyri-müəyyən olan şirkət yaradıb və “OCOS” adı altında beynəlxalq dələduzluq piramidasını ölkəyə gətirərək sosial şəbəkələrdə reklamını təşkil ediblər. Bu şəxslər əslində mövcud olmayan kriptovalyuta yaradaraq guya onun beynəlxalq valyuta bazarında satışını təşkil etdiklərini və şişirdilmiş yüksək gəlirlər vəd etməklə vətəndaşların pul vəsaitlərini aldatma yolu ilə ələ keçiriblər. Bu qayda ilə adı çəkilən şəxslər qurduqları şəbəkə biznesinə piramida şəklində çoxsaylı vətəndaşları cəlb edərək onlara faktiki mövcud olmayan, uydurulmuş kriptovalyuta – OCOS satıblar. Araşdırma zamanı dəstə üzvlərinin investisiya paketi adı altında şişirdilmiş yüksək gəlirlər təklif edərək ümumilikdə 10 minə yaxın vətəndaşı aldatdıqları və təxminən külli miqdarda vəsaitlərini ələ keçirdikləri müəyyən edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxslərin paytaxtın Xətai rayonu, Sumqayıt şəhəri və digər məkanlarda icarəyə götürdükləri ofislərə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilərək götürülüb. Göstərilən xüsusatların tam, hərtərəfli araşdırılması, həmçinin dəstənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

ELAN: “OCOS” maliyyə-dələduzluq piramidasının fəaliyyəti nəticəsində zərərçəkən vətəndaşlar bu barədə DİN-in “102” Zəng Mərkəzinə, Baş İdarəyə, eləcə də Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

ocos scam
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

Related Posts

Legion network oturduğunuz yerdən pul qazanın ( investisiya lazım deyil )

January 18, 2022

Proyekt xəbərləri və mənaları ( Geniş izah )

January 12, 2022

Traderlara lazım olacaq ən faydalı veb saytlar

January 1, 2022

Bitmex 2022 Airdrop – Zero Deposit ( Fürsəti Qaçırmayın )

December 22, 2021
Add A Comment

Leave A Reply Cancel Reply

Top Posts

Subscribe to Updates

Get the latest blockchain news from Ethereum.az about bitcoin, airdrops, whitelists, and etc.

Advertisement

Azərbaycanın ilk modern və sürətli blokçeyn haqqında məlumatları qeyd edən veb saytı. Blokçeyn haqqında hər şeyi bizdən öyrənin.

Facebook Twitter Instagram Telegram
Top Insights

Trade edərkən tövsiyyə olunan zaman aralıqları

July 3, 2022

Price Action nədir ?

April 28, 2022

Smart money və market maker nədir ?

April 25, 2022
Get Informed

Subscribe to Updates

Get the latest blockchain news from Ethereum.az about bitcoin, airdrops, whitelists, and etc.

Facebook Twitter Instagram Telegram
  • Home
  • Contact Us
  • Terms & Conditions
  • Privacy Policy
  • Disclaimer
© 2023 Ethereum.az. Designed by Webdesign.az.

Type above and press Enter to search. Press Esc to cancel.