Price action ilə trade edərkən müxtəlif zaman aralıqlarından istifadə edirik. Bunlara misal olaraq aylıq, günlük, həftəlik və s. misal göstərmək olar. Lakin ağlımızda belə bir sual yaranır. Hansı zaman aralığından istifadə etsək daha çox mənfəət alarıq. Hər bir zaman aralığının özünə məxsus xeyirləri və tradə fərqlilikləri var. Əgər siz al – sat etməyə yeni başlamısınızsa böyük zaman aralıqlarında trade etməyiniz tövsiyyə olunur. Məsələn : həftəlik, günlük. Əllərində böyük kapital olan Smart Money adlandırdığımız şəxslər əsasən böyük zaman dilimlərində trade edirlər. Beləliklə daha az riskli əməliyyat açaraq daha çox xeyir götürə bilirlər. Amma günlük al – satla məşğul olan trader-lər əsasən 4 saatlıq, 1 saatlıq, 15 dəqiqəlik zaman aralıqlarından istifadə edirlər. Bu aralıqlarlar istifadə edərək qısa müddət ərzində qazanclar əldə edə bilərsiniz. Bunu unutmamaq lazımdır zaman aralığı nə qədər aşağı olarsa risk o qədər çox olur.
Monthly – aylıq zaman aralığından istifadə edərkən 10 – 12 illik aralığında hazırlanmalıdır. Aralıq 5 ildən az və 12 ildən çox olarsa qurduğunuz setup – larda səhvlik çoxalacaq.
Weekly – həftəlik zaman aralığından istifadə edərkən 4 – 5 illik aralığında hazırlanmalıdır. Aralıq 2.5 ildən az və 5 ildən çox olarsa qurduğunuz setup – larda səhvlik çoxalacaq.
Daily – günlük zaman aralığından istifadə edərkən 12 – 15 aylıq aralığında hazırlanmalıdır. Aralıq 6 ildən az və 15 ildən çox olarsa qurduğunuz setup – larda səhvlik çoxalacaq.
4H – 4 saatlıq zaman aralığından istifadə edərkən 3 – 4 aylıq aralığında hazırlanmalıdır.
1H – 1 saatlıq zaman aralığından istifadə edərkən 3 – 4 həftə aralığında hazırlanmalıdır.
15M – 15 dəqiqəlik zaman aralığından istifadə edərkən 3 – 5 gün aralığında hazırlanmalıdır.
Zaman aralığı dedikdə bu vaxtlarda baş verən qiymət dəyişiklikləri nəzərdə tutulur. Bu aralıqlar təqribi olaraq götürülür, yəni siz bu aralıqdan kənara çıxmaqlada setup qura bilərsiniz. Lakin bu aralıqda qurulmuş setup-ın doğruluq payı daha çox olacaq.