Soyuq kaşlok ( Cold Wallet ) nədir ?
Soyuq kaşloklar bitcoin və başqa altcoinlərin tutulduğu, internetlə əlaqəsi olmayan fiziki kaşloklardır. Ən böyük məqsədi sizin pullarınızı internet ortamından çıxarıb daha güvənilir yerlərdə saxlamasıdır. Bu kaşloklarda saxlanılan pulları istədiyiniz zaman başqa adreslərə ( internet üzərindən ) göndərə bilərsiniz.
Soyuq kaşlokların üstünlükləri nədir ?
Bu kaşlokların internetlə əlaqəsi olmadığından pullarınızın oğurlanma ehtimali 0 – a yaxın olur. Sadəcə özəl şifrələri bilən insan kaşlokdan istifadə edə bilər. Müasir dünyamızda internet üzərindən fırıldaqların artdığını nəzərə aldıqda soyuq kaşloklardan istifadə etmək məqsədə uyğundur.
Soyuq kaşlokların mənfi cəhətləri nələrdir ?
- Anlıq əməliyyatlar üçün uyğun deyillər. Yəni canlı olaraq əməliyyatlar yerinə yetirən zaman gecikmələr olur.
- Pullarınız transfer edildikdə diqqətli olmağınız lazımdır. Hər hansı bir səhv pullarınızın həmişəlik itməsinə səbəb ola bilər.
- Özəl şifrə harasa yazılmalı, heç kimlə paylaşılmamalı və unudulmamalıdır. Əgər özəl şifrənizi unutsanız və itirsəniz pullarınızı yaddan çıxarmaq məcburiyyətində qalacaqsız 🙂
Niyə soyuq kaşlokdan istifadə etməliyik ?
Əgər gündəlik al – satla məşğul olmursuzsa, pulları uzun müddətli yatırım olaraq düşünürsüzsə soyuq kaşloqlar tam sizə görədir.