Hamımızın eşitdiyi amma çoxumuzun nə mənaya gəldiyini bilmədiyi proyekt xəbərləri haqqında hazırladığımız məqaləyə xoş gəlmisiniz. Sözü daha çox uzatmadan xəbərlərə və mənalarına keçə bilərik 🙂
Coin burn
“Total Supply” düşürmək üçün şirkətlər əllərində olan coinləri yandırırlar. Beləliklə bazarda olan coin sayı azalır və qiymətə çox böyük təsiri var. Məsələn BNB hər rübdə öz coinindən yandırır.
Partnyorluq müqavilələri
Coinlərə gələn partnyorluq təklifləri şirkətin böyüklüyünə görə səs gətirir. Əgər böyük şirkətdən təklif gələrsə qiymətə müsbət təsir göstərir. Xüsusilə Native token / Governance token saxlayan sistemlərə gələn partnyorluq təklifləri token qiymətinin artmasına gətirib çıxarır.
Mainnet
Bir tokenin özünün şəxsi şəbəkəsinə keçməsi mainnet adlanır. Mainnet xəbərlərinin qiymətə çox böyük təsiri olur. Mainneti olan token, artıq token yox coin olaraq adlandırılır.
HALVING (Yarıya bölünmə)
Mining ilə çıxarılan coinlərin blok başına verilən hədiyyənin yarıya düşməsinə Halving deyilir. Ümumi bazarda çıxarılan coin azaldığına görə qiymət artımı gözlənilir. Digər xəbərlərə görə coin qiymətinə yavaş – yavaş və daha az təsir göstərir.
“Listing” xəbərləri
Heç bir birjada olmayan token üçün gələn bu xəbər sürətlə yayılır və qiymətə müsbət təsir göstərir. Sonrakı birja xəbərləri, birjanın həcmindən asılı olur. Nə qədər böyük birjaya daxil olursa o qədər çox faiz artımı görə bilərik.
“Staking” xəbərləri
Bir tokenin DEX və ya CEX birjada gələn staking xəbəri tokenə müsbət təsir göstərir. Staking bir tokeni müəyyən müddətlik kilitləyərək pul qazanma sistemidir. Beləliklə bazarda pulun sayı azalacaq və qiymət artımı olacaq.
Roadmap güncəlləmələri
Hər hansı token və ya coin öz roadmapını yeniləyən zaman əgər yuxarıda bəhs etdiyimiz xəbərlərdən varsa, pulun qiymətinə müsbət artım göstərəcək. Məsələn birjaya daxil olma xəbəri roadmap – ə əlavə olunur. Bu zaman pulun qiyməti artmağa başlayır, həmin tarixə çatana qədər isə artımını davam etdirir.
Xəbərləri burdan izləyə bilərsiniz – > coinmarketcal.com/en/
Hər hansı bir sualınız yarandıqda şərh bölməsində qeyd edin cavablandıraq. Teleqram kanalımıza qatılmağı unutmayın. – https://t.me/ethereumaz
Saytımızda qeyd olunan hər bir məlumat məlumat xarakterlidir. Saytımız heç bir yatırım tövsiyyəsi etmir və məsuliyyər daşımır. Disclaimer