Ön satışları hamımız eşitmişik və insanlar həmişə nə qədər qazandıqlarını internətdə, sosial şəbəkələrdə paylaşırlar. Lakin bu ön satışlara qatılmaq üçün əlinizdə yetəri qədər pul olmalıdır ki, bu pulu həmin ön satış platformasının “staking” – ə qoyasınız. Və qoyduğunuz pula əsasən sizə ön satışdan müəyyən qədər yer ayrılacaq. Amma bu sizin sonradan pul qazanmayacağınız mənasına gəlmir.
İlk növbədə bu ön satışlarda “vesting” adlanan bir termin işlədilir. Qatıldığımız proyektlərdən aldığımız tokenlər müəyyən aylara faiz olaraq bölünür. Və hər ay bu faizə uyğun olaraq tokeni ön satışdan alan insanlara göndərirlər, bu vesting adlanır. Məsələn bunu daha aydın izah etmək üçün bir proyekt götürək. Məsələn cyrowar proyektinin “whitelist” bölməsindən tokenomics haqqında məlumat əldə edə bilərik. Sizdə eyni şəkildə proyektlərin “whitelist” hissəsindən tokenomics haqqında məlumat əldə edə bilərsiniz.
Yuxarıda gördüyünüz kimi Seed Round, Private Round və Public sale – dən alan insanlara ilk nöbvədə uyğun olaraq aldıqları pulun 10%,10% və 20% – i gələcək, qalan 90%, 90% və 80% – i isə 24, 20 və 6 aya eyni faizlə bölünəcək. Məsələn siz pulu private round – dan ala bildiniz, bu zaman pulun 10 faizi sizə göndəriləcək və qalan 90 faizi isə 20 ay içində, hər ayın müvafiq günü sizin balansınıza oturacaq və ya kilidi açılacaq beləliklə siz daxil olub götürə biləcəksiniz.
Bundan necə pul qazana bilərik dediyinizi eşidirəm. Beləliklə pulları balanslarına oturan insanlar xeyirdə olduqları üçün bu pulları satmağa başlayacaqlar. Buda sizin üçün ucuzdan almaq imkanı yaradacaq.
Məsələn qrafikdə Sin city proyektini görürsüz. Boz rəngdə olan oxlar proyektin tokenlərinin paylanma günləridir. Və gördüyünüz kimi bu gün gələndə tokenin qiyməti azalır və lokal diblər yaradır. Əgər izlədiyiniz proyekt varsa sizdə belə etməklə qəşəng gəlirlər əldə edə bilərsiniz.
Daha sadə izahla desək :
- Ön satışı olmuş keyfiyyətli proyekt tap
- “Vesting” – nə nəzarət edin
- Telegram qruplarına qatılın və tokenlərin paylandığı günləri öyrənin
- Telegramdan paylanma gününü öyrənə bilməsəniz token satışa çıxdıqdan 1 ay sonra token kilit açılımı olur. Tokenin satışa çıxdığı günü öyrənin
- Qiymət 3 – 4 saat ərzində minimum nöqtəsinə gəlir (dəyişkənlik göstərə bilər)
- Bundan sonra sadəcə tokenin qiymət artımını izləmək sizə qalır
Hər hansı bir sualınız yarandıqda şərh bölməsində qeyd edin cavablandıraq. Teleqram kanalımıza qatılmağı unutmayın. – https://t.me/ethereumaz
Saytımızda qeyd olunan hər bir məlumat məlumat xarakterlidir. Saytımız heç bir yatırım tövsiyyəsi etmir və məsuliyyər daşımır. Disclaimer