Smart Money nədir?
Smart Money İnstitusional investorlar, market meykerlər bazarlarda böyük əməliyyat həcmi olan investorlar, mərkəzi banklar, fondlar və digər böyük oyunçular tərəfindən idarə olunan kapitaldır.
Smart Money termini başlanğıcda ağıllı və təcrübəli qumarbazlar tərifəndən edilən mərclərə qoyulan ad idi.Təcrübəli, bilikli və oyun qaydalarını yaxşı bilən və ya bu üç xüsusiyyətin hamısını özündə birləşdirənlər Smart Moneyi idarə edir.
Yəni sıradan oyunçuların görmədikləri,bilmədikləri taktikaları edərlər və balaca oyunçuları sıradan çıxardarlar. PA-da dediyimiz kimi biz böyük oyunçuların qabağını kəsməyə çalışmırıq onların ayaq izlərini izləyirik. Biz isə bazarda sadəcə retail trader olaraq bilinirik. Əlimizdə olan sərmayə ilə yalnızca böyük investorların hərəkətlərini izləyərək pul qazana bilərik.
Market Maker nədir ?
Əlində böyük miqdarda pul tutan oyunçulardır. Çoxu hissə sənədinin və ya kripto pulun market maker – i çoxu zaman şirkətlər olur. Lakin fərdi bir şəxsdə market maker ola bilər. Əlində yüksək məbləğdə bir coin-dən olan retail trader o coin-nin market makeri ola bilər. Çoxu böyük düşüş və alımlarda ( yəni forex-də bilindiyi kimi bids və asks ) market maker-ları görə bilərik. Məsələn tanıdığımız bir çox birjaya biz market maker deyə bilərik.